“Neftçi” – “Sumqayıt” matçında qolun müəllifi dəyişdirildi

12:12 - 9 Aprel 2018

Topaz Premyer Liqasının XXII turunun “Neftçi” – “Sumqayıt” matçının (2:2) protokolunda dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, avtoqol "Sumqayıt"ın üzvü Azər Salahlının passivindən silinib. 63-cü dəqiqədə vurulan qolun müəllifi kimi Namiq Ələsgərov qeyd  olunub. Dəyişiklik oyunun baş hakimi Əliyar Ağayevin raportuna əsasən həyata  keçirilib.

 

Xəbər xətti