Fərid Nəbiyevin Gürcüstanda vurduğu ilk qol VİDEO

13:36 - 9 Aprel 2018

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev Gürcüstanın "Şevardeni" klubunun heyətində ilk qolunu vurub.  

 

Sportal.az xəbər verir ki, Tbilisi təmsilçisi ölkə çempionatının IV turunda öz meydanında "Merani"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qol 24-cü dəqiqədə vurulub. Komanda yoldaşından ötürmə alan Nəbiyev qapını dəqiq nişan alıb. Meydan sahibləri 32 dəqiqədə Omar Patarkatiaşişvili ilə hesab arasındakı fərqi 2-ə çatdırıblar. "Merani" 77-ci dəqiqədə buraxdığı qollardan birinin əvəzini çıxmağı bacarıb. 

 

Ümumilikdə, "Qəbələ Futbol Akademiyası"nın yetirməsi oyunun ən fəallarından biri olub. İki həftədir "Şevardeni"nin düşərgəsinə qatılan gənc oyunçu matçı əvəzlənmədən keçirib. 

 

Qeyd edək ki, icarə əsasında "Şevardeni"də çıxış edən istedadlı oyunçu ötən həftəki debüt matçında qol ötürməsi ilə yadda qalıb.  

 

 

 

Xəbər xətti