Qrizmanndan "Barselona" açıqlaması

13:52 - 9 Aprel 2018

"Atletiko"nun futbolçusu Antuan Qrizmann "Barselona" ilə anlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Sportal.az xəbər verir ki, mövsümün sonunda fransız futbolçunun Madrid klubundan ayrılaraq "Barselona"ya 100 milyon avro qarşılığında keçəcəyi iddiaları yayılmışdı. 27 yaşlı hücumçu gələcəyi haqda bu fikirləri səsləndirib: "Barselona" ilə razılaşdığım yalandır. Qərarımı dünya kubokundan öncə bildirəcəm. Kubok öncəsi rahatlanmaq və sadəcə, Fransanı düşünmək istəyirəm".

 

Qeyd edək ki, ulduz futbolçunun müqaviləsində 100 milyon avro satın alma maddəsini "Barselona"nın istifadə edəcəyi xəbəri yayılmışdı. "Mançester Yunayted" klubunun da ransalı futbolçu ilə maraqlandığı qeyd olunur.

 

27 yaşlı oyunçu 2014-cü ildən "hindular"da çıxış edir.

Xəbər xətti