"Keşlə" - "Sumqayıt" matçının başlama saatı açıqlandı

14:14 - 9 Aprel 2018

Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində "Keşlə" "Sumqayıt"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın vaxtı açıqlanıb. Matç aprelin 12-də "İnter Arena"da baş tutacaq və saat 16:00-da start götürəcək.

 

Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Cütün cavab görüşü aprelin 18-də keçiriləcək.

Xəbər xətti