Azərbaycanlı bombardir zədələndi

14:42 - 9 Aprel 2018

Azərbaycan millisinin sabiq hücumçusu, hazırda "Dinamo" (Berlin) klubunda çıxış edən Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları çərçivəsində keçirilən “Germania Halberştadt” ilə matçda (4:2) zədələnib. 

 

Sportal.az xəbər verir ki, bu barədə klubun baş məşqçi Rene Ridleviç məlumat verib. İlk hissədə dubla imza ataraq komandasının qələbəsində önəmli rol oynayan hücumçu ayağaından xəsarət alıb. Bu səbəbdən 26 yaşlı forvard fasilədə əvəzlənib.

 

Dadaşovun durumuna yaxın günlərdə aydınlıq gələcək.

 

Qeyd edək ki, hücumçu bu mövsüm çempionatda 26 qolla bombardirdir.

Xəbər xətti