"Kəpəz" Samiri itirdi

15:50 - 9 Aprel 2018

"Kəpəz" itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Nizami yurdunun təmsilçisi yarımmüdafiəçisi Samir Zərgərovun xidmətindən məhrum olub. Zərgərov Topaz Premyer Liqasının 22-ci turunda "Keşlə" ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Sarı vərəqə limitini dolduran oyunçu 23-cü turda səfərdə "Sumqayıt"la keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Kəpəz"də həmin görüşü zədədən əziyyət çəkən Dedimar Fereyra da buraxacaq. Digər zəsəli Dieqo Souzanın vəziyyəti isə qeyri-müəyyəndir.

 

"Sumqayıt" - "Keşlə" görüşü aprelin 15-də baş tutacaq.

Xəbər xətti