"Qəbələ" "Qalatasaray" və "Mançester Siti"yə uduzdu

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir cup” turnirinə yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, yarışda “Qəbələ”nin U-12 komandası da qüvvəsini sınayıb. “Qırmızı-qaralar” 56 komandanın mübarizə apardığı yarışa A qrupunda başlayıb. Bu mərhələdə “Qəbələ” Türkiyə təmsilçisi “Karasu”nu 2:0 hesabı ilə məğlub edib, “Rizəspor”a (Türkiyə) 1:2, “Mançester Siti”yə (İngiltərə) 0:3, “Qalatasaray”a (Türkiyə) 0:5, “Altay”a (Türkiyə) 0:1, “Alkmaar”a (Hollandiya) 0:7 hesabı ilə uduzub.

 

Növbəti qrup mərhələsində “Qəbələ” Küveytin “Al-Arabi” (1:1, 2:2) və Azərbaycanın digər təmsilçisi “Neftçi” (1:1, 2:2) ilə qarşılaşıb. Ardınca “qırmızı-qaralar” “Göztəpə” (Türkiyə) ilə qolsuz bitən matçın penaltilər seriyasında qalib gəlib.

 

Komanda turnirin son günündə “İzmir Bornova”ya (Türkiyə) 0:1, “Dinamo”ya (Tiflis, Gürcüstan) 0:2 hesabı ilə uduzub.

 

Turnirin qalibi adını isə Hollandiya təmsilçisi “Alkmaar” qazanıb.

Tarix: 9 Aprel [16:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Aprel 2018
26  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio