Məşhur baş məşqçi karyerasını başa vurdu

İtaliyalı baş məşqçi Fabio Kapello karyerasıyla bağlı önəmli qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis məşqçilik karyerasına nöqtə qoyub. 71 yaşlı çalışdırıcı bundan sonra şərhçi kimi fəaliyyət göstərəcəyini deyib.

 

Qeyd edək ki, Fabio Kapello "Milan", "Real", "Yuventus" və "Roma" kimi klubları çalışdırıb. O, İngiltərə və Rusiya yığmalarının da "sükanı arxası"nda olub. Məşhur mütəxəssisin son iş yeri Çinin "Tszyansu Sanin" olub.

Tarix: 9 Aprel [16:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio