Azərbaycan kubokunun yarımfinalı rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

 

Sportal.az xəbər verir ki, mükafat uğrunda mübarizəni davam etdirən komandalar aprelin 12-də ilk matçlarını keçirəcək. Peşəkar Futbol Liqasının rəsmi saytı bu mərhələdə üz-üzə gələn cütlərin ölkə kuboku tarixindəki duellərinin balansını təqdim edir.

 

Azərbaycan kuboku

1/2 final 

İlk oyunlar, 12 aprel

 

15. "Qəbələ" – "Neftçi" – 3 oyun, +0=3-0, top fərqi 3-3

İndiyədək 2 dəfə yolları kəsişən komandalar öz aralarında üç oyun keçiriblər. Hər üç qarşılaşma eyni hesablı heç-heçə ilə nəticələnib. Bu üzdən duellərin ikisinin də taleyinə penaltilər aydınlıq gətirib. “Neftçi” 4 il öncə finalda, 2 il əvvəl yarımfinalda qalib gəlib.

 

2013/14

final

Qəbələ - Neftçi (Bakı)

1:1, pen. 2:3

2015/16

1/2 final

Neftçi (Bakı) - Qəbələ

1:1, 1:1, p.4:3

 

16. "Keşlə" – "Sumqayıt" – indiyədək qarşılaşmayıbıar

Azərbaycan çempionatlarında dəfələrlə qarşılaşan komandalar ilk dəfə kubokda üz-üzə gələcək.

Tarix: 9 Aprel [19:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2018
23  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio