Cengiz Ünder "Barselona"ya qarşı oynaya biləcək

18:18 - 9 Aprel 2018

Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona"nı qəbul edəcək "Roma"ya zədəli futbolçusundan sevindirici xəbər gəlib.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü artıq zədəsini sağaldıb. Komanda ilə birgə məşqlərə başlayan 21 yaşlı yarımmüdafiəçi oynamağa hazırdı.

 

"Roma"nın baş məşqçisi Eusebiyo Di Françesko gənc futbolçunun durumu haqda danışıb. O, futbolçunun start heyətdə meydana çıxıb-çıxmayacağının matçöncəsi son məşqdən sonra müəyyənləşəcəyini bildirib:

 

"Son məşqdə özünü necə göstərəcəyindən asılı olaraq Cengizin start heyətində olub-olmayacağına qərar verəcəyik. Dünən komanda ilə birlikdə məşq etdi. Bu gün də vəziyyətinə baxacağıq".

 

Qeyd edək ki, "Roma" - "Barselona" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti