Fernando Torres "Atletiko"dan gedir

18:35 - 9 Aprel 2018

Mövsümün sonunda "Atletiko" ilə müqaviləsi bitəcək Fernando Torresin klubdakı gələcəyi bəlli olub.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı forvard "hindular"dan ayrılacaq. İspaniyalı futbolçuyla başa çatacaq müqavilə yenilənməyəcək. Bu barədə futbolçu özü açıqlama verib:

 

"Bu, mənim klubdakı son mövsümümdü. Asan qərar olmadı. Şərtlər bu qərarı verməyimə təsir etdi. Özümü yaxşı hiss edirəm. Başqa yerdə oynamağa davam edəcəm".

 

Təcrübəli hücumçu "Atletiko" yetirməsidir. O, 2007-ci ildə doğma komandasında ayrılaraq "Liverpul"a, daha sonra isə "Çelsi" və "Milan"a üz tutmuşdu. Fernando 2015-ci ildə Madrid klubuna geri dönmüşdü.

Xəbər xətti