PSJ yeni baş məşqçi ilə anlaşdı

PSJ-nin mövsümün sonunda istefaya göndərəcəyi Unai Emerinin əvəzinə təyin edəcəyi baş məşqçinin adəna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssisin əvəzinə Tomas Tuhel vəzifə başına keçəcək. Bu barədə Almaniyanın "SportBuzzer" nəşri məlumat tirajlayıb. Məlumatda bildirilir ki, Paris klubu alman çalışdırıcıyla böyük ölçüdə razılığa gəlib və tərəflər arasında 2+1 illik müqavilə imzalanacaq.

 

PSJ-nin siyahısında Massimiliano Alleqri, Antonio Konte və Luis Enrikenin adının olmasına baxmayaraq, rəhbərlik Tomas Tuhellə razılaşıb.

 

Qeyd edək ki, 44 yaşlı məşqçi son olaraq "Borussiya"da çalışmışdı.

Tarix: 10 Aprel [00:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio