Ramil Şeydayev azarkeşlik etdiyi klubun adını açıqladı FOTO

01:16 - 10 Aprel 2018

"Qarabağ"ın və Azərbaycan milli komandasının üzvü Region Liqasında çıxış edən "Kürdəmir" klubuna azarkeşlik edir.  

 

Sportal.az xəbər verir ki, hücumçu bu barədə şəxsi "facebook" səhifəsində məlumat verib: "Region Liqasında mübarizə aparan "Kürdəmir" klubunu dəstəkləyirəm.  Çünki əslən Kürdəmir rayonundanam".

 

Qeyd edək ki, "Kürdəmir" yer aldığı qrupda 10 xal toplayıb və üçüncü pillədə qərarlaşıb.

 

Xəbər xətti