“Barselona” “Roma”ya, “Mançester Siti” “Liverpul”a qarşı

10:28 - 10 Aprel 2018

Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, “Roma” öz meydanında “Barselona”nı qəbul edəcək. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələyə adlamağa yaxındır.

 

Digər oyunda isə “Mançester Siti” “Liverpul”u qəbul edəcək. "Enfild Road"da keçirilən ilk görüşdə "qırmızılar" 3:0 hesablı qələbə qazanıb.

 

10 aprel

 

22:45. "Roma" - "Barselona"

İlk oyun – 1:4

 

22:45. "Mançester Siti" – "Liverpul"

İlk oyun - 0:3

Xəbər xətti