Millimizin üzvü oynadı, komandası 1 xal qazandı

10:50 - 10 Aprel 2018

Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 35-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, U-21 yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” doğma meydanda “Fortuna” ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Kökçü start heyətdə başladığı matçın 51-ci dəqiqəsində əvəzlənib. O, görüşün 17-ci dəqiqəsində sarı vərəqə ilə də cəzalanıb.

 

“Valveyk” hazırda 30 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti