Araz Abdullayev Kipr çempionatının ən yaxşıları sırasında

15:22 - 10 Aprel 2018

Azərbaycan millisinin və "Anortosis" klubunun üzvü Araz Abdullayev Kipr çempionatının ən yaxşı futbolçuları sırasında yer alıb.

 

Sportal.az xəbər verir ki, o, bu ölkədə ən yaxşı sağ cinah yarımmüdafiəçilərindən biri kimi qiymətləndirilib.

 

Araz bu mövsüm rəqib qapısı qarşısına 15 dəqiq ötürmə edib ki, bu göstəriciyə görə yalnız "Apollon"un yarımmüdafiəçisi Antonio Yakolisdən geri qalır. Abdullayevin bir müddət zədəli olması onun göstəricilərinin də aşağı düşməsinə səbəb olub.

 

Müqavilə ilə "Qəbələ"yə məxsus olan Araz keçən ilin yayından icarə əsasında "Anortosis"də çıxış edir.

Xəbər xətti