Beqoviç: "Şehiç yaxşı qapıçıdı, amma mən də özümə çox güvənirəm"

"Əgər futbolda rəqabətdən qorxsaydım, bu idman növüylə məşğul olmazdım".

 

Sportal.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina yığma komandasının və İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut" klubunun qapıçısı Asmir Beqoviç deyib. 30 yaşlı qapıçı milli komandanın son zamanlar qapısını qoruyan "Qarabağ"ın qolkiperi İbrahim Şehiçlə bağlı danışıb. İllərin təcrübəsi Şehiçin güclü qapıçı olduğunu deyib:

 

"İbrahim son iki matçda əla oyun nümayiş etdirdi. Hamımız bunu gördük. Rəqabət müsbət şeydir və bu inkişaf üçün vacibdir. Sən daha çox çalışmağa məcbur olursan və belə olan halda komanda da etibarlı olur. Belə qapıçıya sahib olmaq yaxşı haldır. Ancaq mən də özümə güvənirəm. Özümə, xüsusiyyətlərimə və oyun keyfiyyətimə inanıram".

 

Qeyd edək ki, Beqoviç 2009-cu ildən Bosniya və Herseqovina yığmasında çıxış edir. 29 yaşlı Şehiç isə 2010-cu ildən ölkəsinin millisinə dəvət alır.

Tarix: 10 Aprel [17:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2018
23  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio