Millimizin rəqibi üç yoxlama görüşü keçirəcək

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən Malta millisi yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, milli Ermənistan, Gürcüstan və Moldova yığmaları ilə üz-üzə gələcək. Malta seçməsi mayın 29-da ermənilərlə, iyunun 1-də gürcülərlə, iyunun 4-də isə moldovalılarla üz-üzə gələcək. Hər 3 görüş yığmanın Avstriya toplanışı çərçivəsində keçiriləcək.

 

Xatırladaq ki, yığmamız Millətlər Liqasında Malta millisi ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə üz-üzə gələcək.

Tarix: 10 Aprel [19:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio