FOTO' />

"Qarabağ" "Roma'nı təbrik etdi: "Bizi məğlub etmək "Barselona"nı udmaqdan çətindir" FOTO

02:22 - 11 Aprel 2018

Çempionlar Liqasının 1/4 final mərhələsində "Roma" ilk matçda 1:4 hesabıyla məğlub olduğu "Barselona"nı qəbul edib. "Canavarlar" qonaqlara 3:0 hesabıyla qalib gələrək yarımfinala adlayıb.

 

Sportal.az xəbər verir ki, İtaliya klubuyla qrup mərhləlsində rəqib olmuş təmsilçimiz "Qarabağ" "Roma"nı zəfər münasibətiylə təbrik edib. Azərbaycan futbol tarixində ilk dəfə ÇL-in qrup mərhələsində iştirak etmiş Ağdam klubunun rəsmi "Facebook" səhifəsində bu status paylaşılıb:

 

"Bizi məğlub etmək "Barselona"nı udmaqdan çətindir. Təbriklər əziz dostumuz, "Roma".

 

Qeyd edək ki, "Roma" qrupu lider kimi başa vurmuşdu. İtaliya təmsilçisi Bakıda 2:1, Romada 1:0 hesabıyla "Qarabağ"a qalib gəlmişdi.

 

Xəbər xətti