“Yuventus” “Real”a, “Sevilya” “Bavariya”ya qarşı

10:10 - 11 Aprel 2018

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, “Real” öz meydanında ilk matçda 3:0 hesabıyla qalib gəldiyi “Yuventus”u qəbul edəcək.

 

Digər qarşılaşmada isə "Bavariya" "Sevilya"nı qəbul edəcək. İspaniyada baş tutan ilk oyunda Münhen klubu 2:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, "Roma" və "Liverpul" adını yarımfinala yazdırıb.

 

1/4 final, cavab oyunları

11 aprel

 

22:45."Real" – "Yuventus"

İlk oyun - 3:0

 

22:45. "Bavariya" - "Sevilya"

İlk oyun - 2:1

Xəbər xətti