Millimiz son oyununda da darmadağın oldu

10:32 - 11 Aprel 2018

Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, millimiz meydan sahibi Finlandiya yığması ilə qarşılaşıb. Futbolçularımız 4 cavabsız qolla uduzublar.

 

Xatırladaq ki, yığmamız qrupdakı ilk iki oyununda - Fransaya (0:6) və Belçikaya (1:5) da böyük hesabla uduzmuşdu.

 

U-19 Avropa çempionatı, elit-raund (qızlar)

Finlandiya - Azərbaycan 4:0
Baş hakim:
Rebekka Velç (İngiltərə)
Baş hakimin köməkçiləri: Elen Birne (İngiltərə), Jozefin Aronsson (İsveç)
Dördüncü hakim: Tess Olofsson (İsveç)  

Xəbər xətti