"Qəbələ" avrokuboklar üçün başqa stadion seçdi

14:14 - 11 Aprel 2018

Topaz Premyer Liqasının ikinci pilləsində qərarlaşan, ölkə kubokunda yarımfinala qədər irəliləyən "Qəbələ" klubu avrokubokların hazırlıqlarına başlayıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" bu yay avrokuboklarda ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib.

 

Son illər 8-ci km qəsəbə stadionuna üstünlük verən əyalət təmsilçisi rəqibləri ilə yenə paytaxtda qarşılaşacaq. Lakin bu dəfə seçim fərqlidir. 8-ci km qəsəbə stadionunda görüləcək təmir işləri "Qəbələ” rəhbərliyini "Dalğa Arena"nı seçməsinə vadar edib. Klub ev oyunlarını keçirəcəyi meydanın adını artıq UEFA-ya göndərib.

 

Qeyd edək ki, "Sumqayıt" klubu Avropa Liqasına vəsiqə qazansa, "Dalğa Arena"dan istifadə etməyi planlaşdırır. (Futbol11.az)

Xəbər xətti