Zimbabveli futbolçunun "Qarabağ"a keçidi baş tutmayacaq

15:15 - 11 Aprel 2018

Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiatın "Qarabağ"a keçidi baş tutmayıb.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi zimbabveli hücumçunu heyətinə qatmaq üçün ilkin müqavilə təklif edib. Lakin anlaşma gerçəkləşməyib. Hazırda Billiat digər variantları nəzərdən keçirir. 28 yaşlı forvardın hazırkı müqaviləsi iyunun 30-da başa çatacaq.

 

Qeyd edək ki, Xama Billiat daha öncə karyerasını ölkə xaricində davam etdirmək istədiyini açıqlayıb. O, cari mövsümdə zədədən əziyyət çəkməsinə baxmayaraq, 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub. 

Xəbər xətti