Seyidovdan daha bir uğurlu oyun: penalti qazandı VİDEO

17:13 - 11 Aprel 2018

Həmyerlimiz Valeh Seyidovun formasını geyindiyi “Louletano” növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Portuqaliya çempionatının 2-ci liqasında mübarizə aparan komanda “Kastrense” ilə görüşdə 4:1 hesabı ilə qalib gəlib.

 

Bu qələbə sayəsində 16 komandanın mübarizə apardığı yarışda 7-ci pillədə möhkəmlənən “Louletano”nun uğurunda Valehin də rolu olub. Oyunun sonlarında meydana daxil olan Seyidov, fərdi reyddən sonra penalti qazanıb. Zərbəni yerinə yetirməyi komandanın bombardiri Xuan San Martinə etibar edən həmyerlimiz, beləliklə, onun het-trik müəllifi olmasına da yardım edib.

 

Xatırladaq ki, “Louletano” hazırda 28 turdan sonra 41 xal toplayıb.

 

 

 

Xəbər xətti