"Roma"nın qapıçısı Şehiçi taxtdan saldı

18:57 - 11 Aprel 2018

Çempionlar Liqasında 1/4 final mərhələsinin iki cavab oyunundan sonra statistik göstəricilər açıqlanıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç ən çox seyv edələr arasında liderliyini əldən verib.

 

Ağdam klubu qrup mərhələsində mübarizəni dayandırsa da, Şehiç ötən oyunlara kimi 35 seyvlə əlçatmaz idi. Ancaq bu dəfə onu qabaqlayan tapılıb. Dünən "Barselona" ilə görüşdə komandasını bir neçə dəfə qoldan xilas edərək zəfərdə önəmli rol oynayan "Roma"nın qolkiperi Alisson Beker Şehiçi keçib. Braziliya millisinin üzvü hazırda liderdir.

 

İlk "beşlik" bu şəkildədir:

1. Alisson Bekker ("Roma") - 38

2. İbrahim Şehiç ("Qarabağ") - 35

3. Andrey Pyatov ("Şaxtyor") - 32

3. Yasmin Handanoviç ("Maribor") - 32

5. İqor Akinfeyev (MOİK, Moskva) - 29

Xəbər xətti