"Real" və "Bavariya" yarımfinalda

00:41 - 12 Aprel 2018

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Real” öz meydanında ilk matçda 3:0 hesabıyla qalib gəldiyi “Yuventus”u qəbul edib. Dramatik məcrada keçən görüşdə qonaqlar 3:1 hesablyla qalib gəlsə də, mərhələni Madrid klubu adlayıb.

 

Digər qarşılaşmada isə "Bavariya" "Sevilya"nı qəbul edib. İspaniyada baş tutan ilk oyunda qələbə qazanan Münhen klubu evdə 0:0 hesablı edərək yarımfinala yüksəlib.

 

Qeyd edək ki, "Roma" və "Liverpul" adını yarımfinala yazdırıb.

 

“Bavariya” – “Sevilya” - 0:0

Qırmızı vərəqə: Korrea, 90:2

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Münhen. “Alyans Arena”

İlk oyun – 2:1

 

“Real” – “Yuventus” - 1:3

Qollar: Ronaldo, 90+7 (pen.) - Mandzukiç, 2, 37, Matuidi, 61

Qırmızı vərəqə: Buffon, 90+3

Baş hakim: Maykl Oliver (İngiltərə)

Madrid. “Santyaqo Bernabeu” stadionu

İlk oyun – 3:0

Xəbər xətti