Azərbaycanlı bombardirin ayağında çat aşkarlandı

11:58 - 12 Aprel 2018

Azərbaycan millisinin sabiq hücumçusu, hazırda "Dinamo" (Berlin) klubunda çıxış edən Rüfət Dadaşovun durumuna aydınlıq gəlib. Almaniyanın Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları çərçivəsində keçirilən “Germania Halberştadt” ilə matçda (4:2) zədələnən forvardın zədəsi ciddidir.

 

Sportal.az xəbər verir ki, bu barədə Dadaşov özü danışıb. Rüft sol dizinin daxilində çat aşkarlandığını bildirib və bu səbəbdən 4-6 həftə oynamayacağını da qeyd edib: "Ümid edirəm ki, mayın 21-də Berlin kubokunda çıxış edə biləcəm. Həmin oyuna yetişməyi arzu edirəm. Çünki "Dinamo"nu titulla tərk etmək istəyirəm".

 

Qeyd edək ki, hücumçu bu mövsüm çempionatda 26 qolla bombardirdir.

 

Rüfət növbəti mövsümdən 3-cü Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edəcək.

Xəbər xətti