Qurban Qurbanov 9 pillə irəlilədi

16:11 - 12 Aprel 2018

Məşqçilərin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “clubworldranking”in hazırladığı və hazırda fəaliyyətdə olan 6585 məşqçinin yer aldığı siyahıda iki azərbaycanlı məşqçi də var. 

 

Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1169 xalla 483-cü pillədə yer alıb. Qurbanov ötən reytinqlə müqayisədə 9 pillə irəliləyib.

 

Siyahıda yer alan digər həmyerlimiz isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasovdu. Abbasov 217 xalla 982-ci pillədə yer alıb.

 

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə siyahıda 931-ci sırada qərarlaşıb (255 xal).

 

Cədvələ “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir (18462). Fransız mütəxəssisi “Barselona”nın çalışdırıcısı Ernesto Valverde (14946) və “Qremio”nun baş məşqçisi Renato Qauço (14254) təqib edir.

Xəbər xətti