Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılır

10:36 - 13 Aprel 2018

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. 
 

“Arsenal” (İngiltərə), “Atletiko” (İspaniya), “Marsel” (Fransa) və “Zalsburq” (Avstriya) yarımfinalda bir-birlərinə rəqib olacaqlar.

 

Qeyd edək ki, yarımfinalın ilk oyunları 26 aprel, cavab görüşləri 3 mayda keçiriləcək.

Xəbər xətti