"Zenit"in futbolçusu "Real" və "Yuventus"un hədəfində

13:17 - 13 Aprel 2018

Rusiyanın "Zenit" komandasının formasını geyinən Leandro Paredes iki nəhəng klubun hədəfindədir.

 

Sportal.az xəbər verir ki, Roberto Mançininin baş məşqçisi olduğu komandada oynayan argentinalı yarımmüdafiəçi gələcək illərdə "Real" və ya "Yuventus"da oynayacağını bildirib və bu komandalar arasında seçim etməyin çətin olacağını deyib. O, yekun qərarını dünya çempionatından sonra verəcəyini vurğulayıb.

 

Qeyd edək ki, mövsümün əvvəlində "Roma"dan 23 milyon avroya "Zenit"ə transfer olan Paredes bu mövsüm 33 oyuna çıxaraq 5 qol və 8 assist ilə oynayıb. 23 yaşlı futbolçu Argentina millisinə ötən ildən dəvət alır.

Xəbər xətti