Robin Van Persinin zədə lənəti davam edir: "Feyenoord"dan ayrılır?

Qış transfer pəncərəsində "Fənərbaxça"dan ayrılaraq "Feyenoord"a transfer olan hollandiyalı hücumçu Robin Van Persi zədə problemi yaşamağa davam edir.

 

Sportal.az xəbər verir ki, mövsümün ilk yarısında İstanbul klubunda zədə səbəbindən bir çox oyunda iştirak etməyn futbolçu eyni halı Hollandiyada da yaşayır. Hollandiya mətbuatı iddia edir ki, "Feyenoord" mövsümün sonunda onunla yolları ayıracaq. Xəbərdə "Feyenoord" idarə heyətinin tez-tez zədələnən Robin Van Persi ilə yola davam etmək istəmədiyi bildirilib. halda hüçumcu oyuçunun müqaviləsində yazılan maddə diqqət çəkdi. 34 yaşlı futbolçunun müqaviləsində iki tərəfdən birinin istəyi ilə sazişin ləğv ediləcəyi maddəsi var.

 

Qeyd edək ki, Van Persi ötən günlərdə açıqlamasında futbolu "Feyenoord" komandası ilə sonlandırmaq istədiyini söyləmişdi. Təcrübəli hücumçu 9 oyunda 4 qol vurub.

 

Tarix: 13 Aprel [13:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio