"Mançester Siti" Qvardiola üçün transfer büdcəsi ayırdı: 680 milyon!

Çempionlar Liqasının yarımfinalında "Liverpul"a məğlub olaraq mübarizəni dayandıran, Premyer Liqada isə çempionluğa doğru gedən "Mançester Siti" indidən gələcək mövsümün planlarına başlayıb.

 

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatı "şəhərlilər"in baş məşqçi Pep Qvardiolanın transfer planları üçün 680 milyon avroluq büdcə ayırdığını tirajlayıb.

 

İspanyalı baş məşqçi yarımmüdafiənin mərkəzinə iki, müdafiəyə bir oyunçu almağı planlaşdırır. Qvardiola pleymeyker və cinah futbolçusu da komandada görmək istəyir. Onun gələcək mövsüm üçün transfer hədəfləri arasında Yulian Vayql, Fred, Jorjinyo, Jan Seri, Tomas Lemar və Riyad Mahrezin olduğu bildirilir.

 

47 yaşlı çalışdırıcı "Mançester Siti"də işlədiyi 2 mövsümdə transfer üçün ümumi 550 milyon avro xərcləyib.

Tarix: 13 Aprel [13:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Aprel 2018
22  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio