FIFA klubların dünya çempionatında format dəyişikliyi edir: 8 qrup, 31 oyun

FIFA 2021-ci ildə həyata keçməsi planlaşdırılan yeni bir turnirin hazırlıqlarını görür.

 

Sportal.az xəbər verir ki, FIFA klublararası dünya kubokunun yerini tutması gözlənilən yeni yarış 4 ildən bir keçiriləcək və turnirdə 24 komanda iştirak edəcək. Hər il keçirilən FIFA klublararası dünya kubokunun böyük nüfuza sahib olmaması səbəbi ilə yaradılacaq yeni turnir iyun və ya iyul ayında 3 həftəlik bir periodda reallaşacaq.

 

FIFA bu turnirin daha diqqət özəl yarış olacağını düşünür. 4 ildən bir keçirilməsi planlaşdırılan yarışda 8 qrupun hər birində 3 klub mübarizə aparacaq. Qrup qalibləri 1/4 finala yüksələcək. Klubların dünya çempionatında ümumilikdə 31 oyun baş tutacaq.

Tarix: 13 Aprel [14:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio