ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu

17:24 - 13 Aprel 2018

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində “Liverpul”un yarımmüdafiəçisi Sadio Mane ən yaxşı seçilib. O, respondentlərin 51 faizinin səsini toplayıb.

 

İkinci yeri “Roma”nın forvardı Edin Dzeko tutub – 31 faiz. “Yuventus”un hücumçusu Mario Mandzukiç üçüncü (16 faiz), “Bavariya”lı Aryen Robben (3 faiz) sonuncu olub.

Xəbər xətti