“Traktor Sazi” səfərdə uduzdu

01:00 - 14 Aprel 2018

İran çempionatında 28-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarını keçiriblər.

 

Təbrizin “Traktor Sazi” klubu səfərdə “Sepidrood Rəşt”lə qarşılaşıb. Türkiyəli mütəxəssis Ərtuğrul Sağlamın yetirmələri bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

 

Cənubi Azərbaycanın digər təmsilçisi “Göstəriş” isə bu turda doğma meydanda “İstiqlal” ilə heç-heçəyə razılaşıb - 1:1.

 

“Göstəriş” hazırda 35 xalla 16 klub arasında 9-cu, “Traktor Sazi” isə 30 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti