Fərid Nəbiyev Gürcüstanda növbəti oyununa çıxdı

11:35 - 14 Aprel 2018

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev Gürcüstanın "Şevardeni" klubunun heyətində üçüncü oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Tbilisi təmsilçisi ölkə çempionatının 6-cı turunda səfərdə "Kaxeti"nin qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Fərid Nəbiyev 90 dəqiqə oynayıb və oyunda özünü ən yaxşı tərəfdən göstərən futbolçulardan biri olub.

 

Qeyd edək ki, icarə əsasında "Şevardeni"də çıxış edən istedadlı oyunçu 3 oyundan sonra 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Şevardeni" 6 turdan sonra 8 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti