"Qarabağ"ın hədəfində olan futbolçunun agentindən yeni açıqlama

11:58 - 14 Aprel 2018

Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiatın "Qarabağ"a keçidi ilə bağlı dedi-qodular gündəmdən düşmür.

 

Sportal.az xəbər verir ki, Zimbabve millisinin hücumçusunun agenti Mayk Nqobeni ölkəsinin mətbuatına açıqlama verib. Agent bildirib ki, bu məsələnin hələ bağlanmayəb. Onun sözlərinə görə, Billiat hazırkı komandasını tərk edəcək və futbolçuya maraq göstərənlər arasında "Qarabağ" da var:

 

“Billiat bir çox klubdan dəvət alıb. Ona Belçika, Səudiyyə Ərəbistanı, Çin, ABŞ-dan və Azərbaycanın “Qarabağ” klubundan təklif  var. Billiat mövsümün sonunda hazırkı klubundan ayrılacaq. O, karyerasını ölkə xaricində davam etdirmək istəyir. Çünki artıq Cənubi Afrikada bütün titulları qazanıb. Amma biz hələ heç kimlə ilkin razılıq əldə etməmişik. Nə də ki, müqavilə imzalamışıq. Tez qərar qəbul etmək istəmirik”.

 

Qeyd edək ki, 27 yaşlı hücumçu cari mövsümdə zədədən əziyyət çəkməsinə baxmayaraq, 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Xəbər xətti