Millimizin üzvünə şans verilmədi

12:12 - 14 Aprel 2018

Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 36-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” səfərdə “Volendam” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Kökçünün adı ümumiyyətlə görüşün iştirak ərizəsinə daxil edilməyib.

 

“Valveyk” hazırda 33 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti