Ramil Şeydayev siftəni Gəncədə etdi

16:28 - 14 Aprel 2018

Topaz Premyer Liqasının 23-cü turunda "Qarabağ" səfərdə "Kəpəz"in qonağıdır.

 

Sportal.az xəbər verir ki, ilk hissəsi keçirilən görüşdə Ağdam klubu 1:0 hesabıyla öndədir. Qonaqların qoluna isə Ramil Şeydayev imza atıb. Bu, 22 yaşlı forvardı "köhlən atlar"da vurduğu ilk qoldur. Ramil daha öncə əvəzedici heyətlərdə fərqlənsə də, əsas heyətdə ilk dəfə rəqib toru silkələməyə müvəffəq olub.

 

Qeyd edək ki, "Qarabağ" millimizin üzvünü mövsümün əvvəlində "Trabzonspor"dan 1 illik icarəyə götürüb.

Xəbər xətti