"Qarabağ"ın futbolçusu Gəncədə daşa basıldı FOTO

16:52 - 14 Aprel 2018

"Qarabağ" Topaz Premyer Liqasının 23-cü turunda Gəncədə "Kəpəz"in qonağıdır.

 

Sportal.az xəbər verir ki, matçın gedişində xoşagəlməz hal baş verib. Belə ki, görüşün 35-ci dəqiqəsində yerli fanatlar Ağdam klubunun futbolçusu Donald Gerryeyə yad əşyalar atıblar. Fanatlardan biri onun başına daşla vurub. Yerə yıxılan haitili futbolçuya həkim yardım göstərib. Yarımmüdafiəçi oyunu davam etdirə bilib.

 

Matçı idarə edən Orxan Məmmədov Haiti millisinin üzvünə atılan daşı matçın dördüncü hakimi olan Rəşad Əhmədova təqdim edib. “Kəpəz” azarkeşlərinin bu hərəkətinə görə cəza alacaq.

 

Qeyd edək ki, ilk hissədən sonra "Qarabağ" 1:0 hesabıyla öndədir.

 

Xəbər xətti