Rəşad Sadıqov: "Ramil Şeydayev tənbəllik etmir" MÜSAHİBƏ

19:30 - 14 Aprel 2018

Topaz Premyer Liqasının 23-cü turunda "Qarabağ" səfərdə "Kəpəz"i 1:0 hesabıyla məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərə müsahibə verib. Təcrübəli müdafiəçi öncə oyun haqda danışıb:
 
- Qələbə vacib idi. Gəncədə oyunlar hər zaman ağır keçir. Meydanın yaxşı və pis olmasında asılı olmayaraq, bütün görüşlərimiz gərgin olub. Bu gün də gərgin oyun oldu. Topa nəzarət etdik, üstün idik. Rəqibin standart vəziyyətlərində çətinlik çəkirdik. Komandamızı və azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm.
 
- “Qəbələ” bu turda da xal itirsə, demək olar ki, çempionluğu təmin edəcəksiz...
- Hətta uduzsalar belə, təmin etmirik. Üstünlüyümüz var. Sona qədər diqqətli olmalıyıq. Mübarizə son tura kimi keçəcək. Futbol elə bir idman növüdür ki, bir balaca boşalsan, sənə baha baça gələ bilər. Toparlanmaq çətin ola bilər. Əlimzdən gələni edəcəyik ki, son 5 turda yaxşı çıxış edək.
 
- İkinci hissədə oyununuz alınmırdı...
- Qoldan sonra bir balaca oyunu itirmişdik. Amma ikinci hissədə oyuna nəzarət edirdik. Ancaq mən bunu oyun zamanı hiss etmədim.
 
- Standart vəziyyətlərdə çətinlik yaşadığınızı etiraf etdin. Bunun səbəbi nə idi?
- Bu, “Kəpəz”in hər zama üstünlüyü olub. Başla yaxşı oynayan futbolçuları var. 
 
- Ramil Şeydayev “Qarabağ”da ilk qoluna imza atdı. U-21 millisindən motivasiyalı qayıtdığı hiss edilir...
- Ramilin qol vurması sevindirici haldır. Ramil həm qol vurdu, həm də yaxşı oynadı. Ötən tur da yaxşı oyun sərgiləmişdi. Sevindirici haldır ki, düşdüyü durumdan məyus olmur və mübarizə aparır. Artıq yaxşı oyun praktikası var. Görürsünüz ki, Ramil tənbəllik etmir. Əvəzedicilərdə də oynayıb və qollar vurub. Hər həftə oynayır və oyun praktikasından əziyyət çəkmir. Bu gün əziyyətinin bəhrəsini gördü.

Xəbər xətti