"Liverpul"un hücum triosu bu dəfə "Bornmut"u məhv etdi VİDEO

İngiltərə Premyer Liqasında 34-cü turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, "Liverpul" öz meydanında "Bornmut"a 3:0 hesabıyla qalib gəlib. Oyunda "qırmızlar"ın qollarını Salah, Mane və Firmino vurub. Bu hücum triosu cari mövsüm 82 dəfə qol vurub.

 

Premyer Liqanın turnir cədvəlində lider 84 xalla "Mançester Siti"dir. "Mançester Yunayted" 71 xalla 2-ci, "Liverpul" 70 xalla 3-cü, "Tottenhem" 67 xalla 4-cü, "Çelsi" 60 xalla 5-ci, "Arsenal" isə 54 xalla 6-cıdır. "Bornmut" 34 turdan sonra 38 xalla 11-ci yerdə qərarlaşıb.

 

“Liverpul” – “Bornmut” - 3:0

Qollar: Mane, 7, Salah, 69, Firmino, 90

 

 

Tarix: 15 Aprel [00:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio