"Neftçi" "Zirə"yə, "Sumqayıt" "Keşlə"yə qalib gəldi, Qəbələdə bərabərlik YENİLƏNİB

20:57 - 15 Aprel 2018

Bu gün Topaz Premyer Liqasında 23-cü tura yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, "Qəbələ" "Səbail"i qəbul edəcək.

 

Digər oyunda "Sumqayıt" doğma divarlar arasında "Keşlə"ni sınağa çəkəcək.

 

Turun mərkəzi qarşılaşması paytaxtda baş tutacaq. Burada avrokuboklar uğrunda mübarizə aparan iki komanda - "Neftçi" və "Zirə" üz-üzə gələcək.

 

17:00 “Qəbələ” – “Səbail” - 1:1

Qollar: Famussa Kone, 82Fəhmin Muradbəyli, 55
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu

 

18:00 “Sumqayıt” – “Keşlə” - 2:1

Qollar: Bəhlul Mustafazadə, 58, Ehtiram Şahverdiyev, 83 - Məqsəd İsayev, 68

Qırmızı vərəqə: Məqsəd İsayev, 81
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”

 

19:00 “Zirə” – “Neftçi” - 0:3

Qollar: Rəhman Hacıyev, 10 (pen.), İqnasio Herrera, 90, Rəşad Sadiqov, 90+5
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti