Neymar meydanlara geri dönəcəyi vaxtı açıqladı

Fevral ayında PSJ-nin "Marsel"ə qarşı Fransa I Liqasında keçirdiyi oyununda zədələnən Neymar meydanlara geri qayıdacağı vaxtı açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Paris klubunun heyətində Çempionlar Liqasında "Real"la oyunlarında iştirak edə bilməyən Neymar 14 iyulda başlayacaq dünya çempionatında çıxış edəcəyini bildirib. Zədəsi haqda danışan Neymar vəziyyətinin düzəldiyini, bir ay sonra daha da yaxşı olacağını söyləyib.

 

Qeyd edək ki, ötən yay "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olan 26 yaşlı brazilyalı oyunçu bu mövsüm 30 matçda 29 qol vurub və 19 assist edib.

Tarix: 15 Aprel [13:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio