Klopp: "Roma"nın "Barselona" qarşısında gücünü gördük"

Çempionlar Liqasının yarımfinalında "Roma" ilə qarşılaşacaq "Liverpul"un məşqçisi Yurgen Klopp püşkü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis "Roma"nın güclü olduğunu vurğulayıb:

 

"Real" və "Bavariya"nın çıxmamasına görə sevinc yaşamırıq. İki çətin oyun olacaq. "Roma"nın "Barselona" qarşısında gücünü gördük. Rəqibiz Salah və Palmieri kimi futbolçusunu əldən buraxıb. Amma yenə də yaxşı mövsüm keçirirlər və ÇL-ni qazanmaq üçün savaşırlar. "Barselona" ilə ikinci oyunda nələrə qadir olduqlarını izlədik. Yüksək səviyyəli geri dönüş etdilər".

Tarix: 15 Aprel [13:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Aprel 2018
24  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio