Kandan Buffona məsləhət: "Karyeranı başa vur"

13:43 - 15 Aprel 2018

"Bavariya" və "Almaniya" milli yığmasının sabiq qapıçısı Oliver Kan "Yuventus"un qolkiperi Canluici Buffon haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, əfsanəvi qolkiper Buffonun karyerasını sonlandırmaqda gecikdiyini deyib:

 

"Buffon vaxtında işini sonlandırsaydı, İsveçə və "Real"a uduzduqları üçün məyus olmayacaqdı. Ancaq Çempionlar Liqasının kubokunu hər zaman arzulayır. Mən də 2-3 il artıq qalıb oynaya bilərdim. Amma niyə? Filipp Lam da yaxşı vaxtda getdi. Özünüzü dayandırmaq üçün doğru vaxt tapmamaq belə acı anlar yaşada bilər. Buffona artıq karyerasını başa vurmağı məsləhət görürəm. O, dünyanın ən yaxşı qapıçısıdır. ÇL-ni qazana bilməməsi və "Real"la matçda aldığı qırmızı vərəqə buna təsir edə bilməz".

Xəbər xətti