Roman Qriqorçuk: "Kuboku əldə etmək üçün hər şeyə hazıram"

Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Səbail” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Sportal.az saytı ukraynalı mütəxəssisin fikirlərini təqdim edir:

 

“Xal itirməyimiz pis oldu. Belə vəziyyətlərdə həmişə müsbət nə isə axtarmaq lazımdır. İkinci hissədə uzun müddət öz üslubumuzda oynadıq. Belə çıxış etməyimiz ilk dəfə deyil. Buna baxanda əmin oldum ki, belə oynasaq, kubokun finalına yüksəlmək vəzifəsinin öhdəsindən gələcəyik. Oyunla bağlı analiz edəcəyimiz, futbolçularla danışacağımız məqamlar var. Amma ən vacibi odur ki, komanda ayıla bildi və ikinci hissədə aqressiv, sürətli, kəsərli oyun göstərdi. Bu da məni ümidləndirir. Komandada qələbə əzminin azalması ilə mübarizə aparır, bir-birimizə dəstək oluruq. Bugünkü matçda çətin vəziyyətdə, hesabda geri olanda qarşılaşmanın axarını dəyişməyimiz bizə inam verir ki, əvvəlki kimi oynayacağıq. “Neftçi” ilə qarşıdakı yarımfinal oyununda finala vəsiqə qazanmaq, kuboku əldə etmək üçün hər şeyə hazıram. Azarkeşlər, bizə inananlar üçün mümkün olanı edəcəyik”.

Tarix: 15 Aprel [19:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio