Paşayev oynadı, komandası 1 xal qazandı

00:00 - 16 Aprel 2018

Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 30 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti