Millimizin üzvü oynadı, komandası "Kayserispor"a uduzdu

00:21 - 16 Aprel 2018

Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” səfərdə “Kayserispor”la üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

 

Dəniz start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

 

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 30 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti