Samir Abasov: “Yayda “Sumqayıt”da olmaya bilərəm”

20:42 - 15 Aprel 2018

“Sumqayıt” Topaz Premyer Liqasının XXIII turunda öz meydanında “Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sportal.az xəbər veriryundan sonra baş tutan mətbuat konfransında iştirak edən Samir Abasov fikirlərini bildirib:

 

- Çətin oyun keçdi. Qələbə qazandığımız üçün sevinirik. Hər iki hissəsə komandadan narazı qaldım. Özümüzə gələ bilmirik, bu da zədəli futbolçuların olması ilə bağlıdı. Bu gün xarakter göstərərək qələbə qazansaq da, razı qalmadıq, özümüzə gəlməliyik. Komandada yorğunluq var.

 

- Bu gün 4 müdafiəçi ilə oynadınız və bu, “Sumqayıt”da alınmır. Niyə belə risk etmişdiniz?

- Railin zədəsi var idi, onu riskə ata bilməzdik. Müdafiədəki sxemə gəlincə, bu gün “Sumqayıt”dan 4 dəfər milli komandaya dəvət alır. Millimiz də 4 müdafiəçi ilə oynayır. Əgər “Sumqayıt” millinin sisteminə uyğun gəlmirsə, futbolçular karyeralarını bitirməlidirlər.

 

- Fərhad Vəliyevin oynamamasının səbəbi nə idi?

- Mehdi də oynamalıdı. Yorğunçuluq olduğu üçün rotasiyalar etməliyəm. Bizdə beyin yorğunluğu var. Bundan başqa, oynamayan futbolçulara da şans verməliyik.

 

- Dediniz ki, millimiz 4 müdafiəçi ilə oynayır. “Sumqayıt” millinin sistemində oynamağa məcburdu?

- Yox. Komandada 4 mərkəz müdafiəçisi var, onlardan ikisi zədəlidirsə, nə etmək lazımdı? Əgər bugünkü sistem biabırçı idisə, ola bilər yayda Samir Abbasov “Sumqayıt”da olmasın. Müdafiəçi istənilən taktiki sxemdə oynamağı bacarmalıdı.

Xəbər xətti